Qubada minik avtomobili körpüdən aşıb, xəsarət alanlar var

Qubada minik avtomobili körpüdən aşıb, xəsarət alanlar var Quba rayonunda yol qəzası baş verib.
Hadisə
31 Dekabr , 2019 10:20
Qubada minik avtomobili körpüdən aşıb, xəsarət alanlar var

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qara çayın üzərindəki körpüdən minik avtomobili aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi