Qubada iki avtomobil toqquşub

Qubada iki avtomobil toqquşub Qubada iki avtomobil toqquşub.
Hadisə
19 Mart , 2019 10:51
Qubada iki avtomobil toqquşub
Report
0 : 00
0 : 00

Qubada iki avtomobil toqquşub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun Təngəaltı kəndi ərazisindən keçən hissəsində baş verib.  

Belə ki, Rəngidar kənd sakini Ramil İmaməddin oğlu Adilovun idarə etdiyi "UAZ" markalı 40-BL-291 dövlət nömrə nişanlı avtomobil, Rustov kənd sakini Seymur Sabir oğlu Nuriyevin idarə etdiyi "NIVA" markalı 40-BN-412 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə səbəbindən yolda bir müddət nəqliyyatın hərəkəti dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi