Yuxarı
    Bağlamaq

    Quba sakini qardaşının evində intihar edib

    Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırma aparır

    Bakı. 7 iyun. REPORT.AZ/ Quba rayonunda intihar hadisəsi baş verib. 

    "Report" xəbər verir ki, hadisə rayonun Nərimanabad kəndində qeydə alınıb. 

    Kənd sakini, 1986-cı il təvəllüdlü İlham Məmmədrahim oğlu Məmmədov qardaşının yeni tikilməkdə olan evinin ikinci mərtəbəsində özünü asaraq intihar edib. 

    Yaxınlarının dediyinə görə, yoxa çıxan İlhamın axtarışına başlayıblar və onu qardaşının evində asılı vəziyyətdə tapıblar.

    Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırma aparır. 

      

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi