Qonşusunu boğub öldürən 18 yaşlı oğlanın məhkəməsi başlayır

Qonşusunu boğub öldürən 18 yaşlı oğlanın məhkəməsi başlayır Abşeron rayonunun Saray qəsəbəsində qonşusunu boğaraq öldürən­­­­ 18 yaşlı Əliyev İsmayıl Nəvahi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
28 Aprel , 2021 10:01
Qonşusunu boğub öldürən 18 yaşlı oğlanın məhkəməsi başlayır

Abşeron rayonunun Saray qəsəbəsində qonşusunu boğaraq öldürən­­­­ 18 yaşlı Əliyev İsmayıl Nəvahi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyiti aşkarlanıb. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən oldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Son xəbərlər

Orphus sistemi