Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var
- 10 oktyabr, 2017
- 16:14
Qobustan. 10 oktyabr. REPORT.AZ/ Qobustan rayonunda yol qəzası baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-cı il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin - Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.