QMİ-nin sabiq sektor müdirinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

QMİ-nin sabiq sektor müdirinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib
Hadisə
18 Fevral , 2017 09:26
QMİ-nin sabiq sektor müdirinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Son xəbərlər

Orphus sistemi