Yuxarı
    Bağlamaq

    Qızılağac qoruğunda yanğının miqyası üç dəfə genişlənib

    Yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir© Eco.gov.az

    Lənkəran. 11 iyul. REPORT.AZ/ Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın davam edir.

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, əsən külək nəticəsində yanğının əhatəsi daha da genişlənib. 

    Yanğın, ümumilikdə 10 hektardan çox ərazini əhatə edib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Masallı və Lənkərən Yanğından Mühafizə Hissəslərinin texnika və canlı qüvvələri cəlb olunub.

    Qeyd edək ki, bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib və əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

    Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi