Qətldə təqsirləndirilən Şərur sakini həbs edilib
Hadisə
- 22 oktyabr, 2023
- 13:28
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.
"Report"un yerli bürosu xəbər verir ki, o, Şərur rayonu Yengicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib. Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
08:12
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:09
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Milli Məclis08:04
İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub
Digər ölkələr07:39
Çin nüvə enerjisi potensialına görə dünya liderinə çevrilib
Digər ölkələr07:12
Yaponiyanın maliyyə naziri: ABŞ G20 ölkələrini İrana qarşı sanksiya təzyiqi göstərməyə çağırıb
Digər ölkələr06:36
NYP: ABŞ-nin keçmiş prezidenti Baydenin oğlunun 20 milyon dollardan çox borcu yaranıb
Digər ölkələr06:04
Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
Digər ölkələr05:35
"Reuters": Pentaqon "SpaceX" peyk şəbəkəsindən kritik asılılıq aşkar edib
Digər ölkələr05:04
Foto