Qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb

Qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb Mirqamət Həsənov 7 il nüddətinə azadlıqdan məhrum edilib
Hadisə
11 Fevral , 2016 11:23
Qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Mirqamət Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. M.Həsənov kafedə spirtli içki içib və orada olan Rəvan Talıbovla mübahisə edib. Nəticədə M.Həsənov R.Talıbovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra polis M.Həsənovu saxlayıb.

O, Cinayət Məcəlləsinin126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi