Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB Qəbələ rayonunda 2 nəfərin ölümü, bir-neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
15 İyun , 2024 22:21
Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü A.R. aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Araşdırma aparılır.

21:08

Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində bir əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi