Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb Qəbələ. 28 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycanın “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.
Hadisə
28 Dekabr , 2018 11:05
Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb
0 : 00
0 : 00

Qəbələ. 28 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycanın “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi