Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub

Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin şəxsiyyəti müəyyən edilib. O, Azərbaycandandır.
Hadisə
26 Dekabr , 2024 10:02
Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

"Report" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.

O indi xəstəxanadadır.

Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.

Xatırladaq ki, ötən gün baş verən təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb və orada bir qadının şəxsiyyətinin müəyyən edilmədiyi göstərilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi