Qazaxıstan Nəqliyyat Nazirliyi: 17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktaudadır

Qazaxıstan Nəqliyyat Nazirliyi: 17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktaudadır Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya hadisələrinin araşdırılması şöbəsinin rəhbəri Tormodur Tormodson “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması üçün Aktauya gəlib.
Hadisə
29 Dekabr , 2024 11:00
Qazaxıstan Nəqliyyat Nazirliyi: 17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktaudadır

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Aktauya gəlib.

Bu barədə “Report” Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

"ICAO-nun baş katibinin tapşırığı ilə Aktau şəhərinə akkreditə olunmuş müşahidəçi - aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson gəlib", - nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, ICAO Qazaxıstanın aviasiya orqanlarının fəaliyyətini, araşdırmanın aparılmasında açıqlığını və maraqlı dövlətlərin cəlb olunmasını yüksək qiymətləndirib.

"Beləliklə, 17 beynəlxalq ekspertin hamısı Aktaudadır", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi