Qazaxda minik avtomobili maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB
- 10 iyun, 2019
- 14:32
Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində 28 yaşlı Elmixan Qumarov və 25 yaşlı Tural Məmmədkərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 17:23
Qazax rayonunda yol qəzası baş verib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza zamanı iki nəfər ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.