Qazaxda iş yoldaşını qətlə yetirən şirkət əməkdaşına hökm oxunub

Qazaxda iş yoldaşını qətlə yetirən şirkət əməkdaşına hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazaxda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
13 Dekabr , 2021 15:17
Qazaxda iş yoldaşını qətlə yetirən şirkət əməkdaşına hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazaxda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü N.İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi