Qazaxda fərdi yaşayış evi yanıb

Qazaxda fərdi yaşayış evi yanıb Həyətdə olan digər tikili yanğından mühafizə edilib
Hadisə
2 Fevral , 2016 01:44
Qazaxda fərdi yaşayış evi yanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Qazaxda yaşayış evində yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Qazaxbəyli kəndində, 58 yaşlı Şahin Musayevə məxsus tikilidə qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da, ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanaraq yararsız hala düşüb. Həyətdə olan digər tikili yanğından mühafizə edilib.

Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi