Qazaxda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Qazaxda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 İyul , 2021 22:17
Qazaxda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar- Qazax rayon sakinləri, İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı. Qəza nəticəsində daha 2 nəfər və sürücü xəsarət alıb.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qazax rayon Aslanbəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıda- Qazax xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman anidən avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq aşıb. Xəsarət alan və bir ailənin üzvləri olanlar isə rayonun Kəmərli kəndinə gedirmişlər.

21:16

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kənd yolunda qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə azı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi