Qayda pozuntuları aşkarlanan kiçikhəcmli gəmilərin istifadəçiləri cərimələnib

Qayda pozuntuları aşkarlanan kiçikhəcmli gəmilərin istifadəçiləri cərimələnib Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Hadisə
441
14 Mart , 2022 13:33
Qayda pozuntuları aşkarlanan kiçikhəcmli gəmilərin istifadəçiləri cərimələnib

Qayda pozuntuları aşkarlanan kiçikhəcmli gəmilərin istifadəçiləri cərimələnib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zaman Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı, Binəqədi rayonunun Novxanı, Sumqayıt şəhərinin Corat və H.Z.Tağıyev yaşayış məntəqələrinin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 16 asma mühərrikli qayıq saxlanılaraq həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq vaxtı idarəetmə, sürücülük hüququ, habelə xilasetmə və digər təchizat avadanlıqları olmadan kiçikhəcmli gəmilərin istismarı, bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.

Son xəbərlər

Orphus sistemi