Qaxda yol qəzasında ağır yaralanan şəxs Bakıya gətirildi

Qaxda yol qəzasında ağır yaralanan şəxs Bakıya gətirildi Qax rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
573
10 Avqust , 2020 00:52
Qaxda yol qəzasında ağır yaralanan şəxs Bakıya gətirildi

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Əzizov Ramin Cəlal oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol qolun açıq qəlpəli və sağ baldır sümüklərinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi