Qaxda narkotik əkən Balakən sakinləri tutulublar

Qaxda narkotik əkən Balakən sakinləri tutulublar Qax rayonunda narkotik əkən Balakən sakinləri tutulublar.
Hadisə
25 Sentyabr , 2019 11:56
Qaxda narkotik əkən Balakən sakinləri tutulublar

Qax rayonunda narkotik əkən Balakən sakinləri tutulublar.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabaldır kəndi ərazisində, meşə zolağında ümumi çəkisi 3 kiloqram 365 qram olan 18 ədəd çətənə bitki kolları aşkar edilib.

Həmin narkotik tərkibli çətənə kollarını əkib-yetişdirərək kultivasiya edən Balakən rayon Qazma kənd sakinləri Elman Həbilovİlqar Qebedov saxlanılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi