Qaxda ikinci mərtəbədən yıxılan 30 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

Qaxda ikinci mərtəbədən yıxılan 30 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB Qax. 28 yanvar. REPORT.AZ/ Qaxda hündürlükdən yıxılaraq ağır xəsarət alan qadın xəstəxanada ölüb.
Hadisə
28 Yanvar , 2019 10:43
Qaxda ikinci mərtəbədən yıxılan 30 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Qax. 28 yanvar. REPORT.AZ/ Qaxda hündürlükdən yıxılaraq ağır xəsarət alan qadın xəstəxanada ölüb.

"Report”un Şimal-Qərb bürosunun məlumatına görə, Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. 

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Lakin göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


*** 12:23

Qax. 27 yanvar. REPORT.AZ/ Qax rayonunda gənc qadın yündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Axundov küçəsi, ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb. Ağır bədən xəsarətləri alan T.Orucova  Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada "Report"un Şimal-qərb bürosuna bildirilib ki, ağır bədən xəsarətləri alan qadının vəziyyəti kafidir: "Onun bakıdakı özəl klinikalardan birinə göndərilməsi gözlənilir".

Son xəbərlər

Orphus sistemi