Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO - YENİLƏNİB-2 - VİDEO Sakinlərin təsərrüfatları su altında qalıb
Hadisə
6 May , 2017 11:31
Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO - YENİLƏNİB-2 - VİDEO
Report.az

*** saat 11:31-də xəbərə video əlavə olunub

Qax. 6 may. REPORT.AZ/ Qax rayonuna yağan leysan yağışlar Çüdüllü kəndinə də ziyan vurub.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hazırda dəymiş ziyanın məbləği hesablanır.

Çüdüllü kəndində də şəxsi təsərrüfatlara ziyan dəyib, bir neçə evin həyətyanı sahəsinin divarı aşıb, toyuq-cücələr tələf olub, evlərin zirzəmiləri su ilə dolub. 

*** saat 08:31 

Qax. 6 may. REPORT.AZ/ Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb.

Yerli təsərrüfata ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi