Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib

Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib Qax rayonunda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərləyib.
Hadisə
21 Oktyabr , 2021 15:10
Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib

Qax rayonunda göbələkdən zəhərlənərək ölən uşaqlardan birinin anası da zəhərlənib.

Bu barədə "Report"a rayonun Tasmalı kənd icra nümayəndəsi Məhərrəm Alagözov məlumat verib.

O bildirib ki, 9 yaşlı İbrahimxəlil Qasımzadənin anası Turanə Musayevanın vəziyyəti pisləşib: "Onun göbələkdən zəhərləndiyi ehtimal edilir və qadın Bakıdakı xəstəxanaların birinə göndərilib".

M.Alagözovun sözlərinə görə, T.Musayeva göbələyi bişirən zaman yeməyin cuzi dadına baxıb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində baş verib. Kənd sakinləri - Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi