Qaxda atı vuran avtomobil aşıb, iki nəfər xəsarət alıb
Hadisə
- 30 oktyabr, 2023
- 18:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində baş verib.
Belə ki, Novruzov Ramin Abdulla oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən nəqliyyat vasitəsinin qarşısına at çıxıb.
Sürücü avtomobillə atı vurub. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı xəsarət alan sürücü R. Novruzov və onun sərnişini Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:02
"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komanda ikinci oyunda daha inamlı idi"
Komanda18:50
İsrail ordusu HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr18:46
Fərid Qayıbov: "Həndbol klublarına maddi dəstək yoxdur"
Komanda18:31
Foto
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
Komanda18:23
Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
Formula 118:19
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib, 32 mindən çox şübhəli həbs olunub
Region18:08
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib
Daxili siyasət18:01
Rumıniyalı nazir Meteorologiya Administrasiyasını istefaya çağırıb
Digər ölkələr17:56