Yuxarı

“Qanun” Nəşrlər Evindən 13 min dollar oğurlanıb

Hazırda faktla bağlı araşdırma aparılır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda “Qanun” Nəşrlər Evindən oğurluq olub.

“Report”un məlumatına görə, nəşriyyatın rəhbərliyi Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək oradan içərisində 13 min ABŞ dolları olan seyfin oğurlandığını bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi