​Qadını rüsvayedici məlumatlarla şantaj edən kişi tutulub

​Qadını rüsvayedici məlumatlarla şantaj edən kişi tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
5 Avqust , 2015 12:36
​Qadını rüsvayedici məlumatlarla şantaj edən kişi tutulub

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanda qadını şantaj edən kişi tutulub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini əvvəllər məhkum olunmuş Elxan Bəkirov Qax şəhər sakini 35 yaşlı A.N barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat alarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi