Bakıda müəllimlər musiqi məktəbinin direktorunu hədələyərək 25 min manat alarkən saxlanılıb - YENİLƏNİB

Bakıda müəllimlər musiqi məktəbinin direktorunu hədələyərək 25 min manat alarkən saxlanılıb - YENİLƏNİB Bakıda qadına hədə-qorxu gələrək 25 min manat alınması hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Hadisə
30 May , 2019 12:02
Bakıda müəllimlər musiqi məktəbinin direktorunu hədələyərək 25 min manat alarkən saxlanılıb - YENİLƏNİB

Bakıda qadına hədə-qorxu gələrək 25 min manat alınması hadisəsi ilə bağlı yeni detallar məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə zamanı hədələnən şəxs Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva olub. Onu hədələyən R.Aslanov və N.Baxşəliyev isə həmin məktəbin müəllimləridir.

Hər iki kişi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


*** 29 may, saat 11:53

Bakıda qadına hədə-qorxu gələrək 25 min manatını alan şəxslər "iş başında" yaxalanıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi