Xidmət rəisi: “Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin verilməsi prosesi yekunlaşıb”

Xidmət rəisi: “Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin verilməsi prosesi yekunlaşıb” “Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin - pasportların verilməsinə hazırlıq prosesi tam yekunlaşdırılıb.
Hadisə
15 Yanvar , 2020 11:59
Xidmət rəisi: “Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin verilməsi prosesi yekunlaşıb”
Vüsal Hüseynov / Report

“Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin - pasportların verilməsinə hazırlıq prosesi tam yekunlaşdırılıb".

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yol sənədi və onun nümunəsi artıq hazırdır: "Gələn həftə, yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək. Bununla bağlı tədbir də nəzərdə tutulub".

V.Hüseynov onu da əlavə edib ki, yol sənədi əsasında ölkədə bu statusda yaşayan əcnəbilər sərhədkeçmə sənədi kimi digər ölkələrə də səfər edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi