Prokurorluqla ilk dəfə sual-cavab sessiyası keçirildi

Prokurorluqla ilk dəfə sual-cavab sessiyası keçirildi Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilmişdir.
Hadisə
21 Avqust , 2020 16:29
Prokurorluqla ilk dəfə sual-cavab sessiyası keçirildi

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Baş Prokurluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. 

Sessiya zamanı 107 müraciət daxil olmuş, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib. 

Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi