Prokurorluq bağça direktorunun bəraət alması ilə razılaşmır

Prokurorluq bağça direktorunun bəraət alması ilə razılaşmır Prokurorluq azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış Nigar Müseyibova barəsindəki hökmdən apelyasiya protesti verib.
Hadisə
11 İyun , 2019 12:04
Prokurorluq bağça direktorunun bəraət alması ilə razılaşmır
Report

Prokurorluq azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış Nigar Müseyibova barəsindəki hökmdən apelyasiya protesti verib.

"Report"un xəbərinə görə, iş Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatındadır.

İş üzrə hazırlıq iclası keçirilib və baxış iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, 2018-ci ildə Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzində azyaşlıların fiziki zora məruz qalması barədə video yayılıb. Uşaqlara qarşı zorakılıq tərbiyəçi Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb və Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti azadlıqdan məhrum edilib.

“Kids Studio"nun rəhbəri N.Müseyibova isə Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, məhkəmə ona bəraət verib. 

Son xəbərlər

Orphus sistemi