Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib

Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib
Hadisə
19 Sentyabr , 2017 17:38
Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bünyad Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında B.Ağayevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini, onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

İttiham aktına əsasən, təqsirləndirilən B.Ağayev tanışı Coşqun Tağıyevlə mübahisə edib. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman B.Ağayev yerdən götürdüyü daşla C.Tağıyevi vurub. Nəticədə daş C.Tağıyevin sol gözünü tamamilə dağıdıb və o, görmə qabiliyyətini itirib.

Hadisədən sonra saxlanılan B.Ağayevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi