Prokuror Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib

Prokuror Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq
Hadisə
12 Oktyabr , 2016 14:20
Prokuror Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Bəndalı Qarayevin barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 13-nə təyin edilib.

İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittihan aktına əsasən, qətl hadisəsi 2013-cü ilin oktyabr ayında baş verib. Füzuli rayon sakini, 1947-ci il təvəllüdlü B.Qarayev Sumqayıt şəhərindəki evində müvəqqəti məskunlaşmış tanışı Siyavuş Nəbiyevi qətlə yetirib.

Belə ki, onlar həmin bağ evindəki tikilinin qarşısında skamyada spiritli içki içiblər. Bəndalı sərxoş olandan sonra SNəbiyevdən evdən çıxmağı tələb edib. Siyavuş isə bu tələbə etiraz edib, onu nalayiq söyüşlərlə söyüb, yumruqla vurub. Buna görə də ev yiyəsi qonağın bədəninin müxtəlif nahiyələrinə, o cümlədən başına zərbələr endirib, itələyərək yerə yıxıb, xəsarət yetirib.

Hadisədən bir neçə gün sonra, yəni oktyabrın 12-də B.Qarayev yenidən özünə məxsus evində S.Nəbiyevin yanına gəlib. Yenidən mübahisə edib və onun bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr endirib. S.Nəbiyev aldığı xəsarətlərdən bir gün sonra dünyasını dəyişib.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb və şəhər Prokurorluğuna təhvil verilib.

B.Qarayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub. 2014-cü ilin iyun atyının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Qarayev 10 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan B.Qarayev və onun vəkili apellyasiya şikayəti veriblər. Şikayətdə hökmün ləğvi, yeni bəraət hökmünün çıxarılması istənilib. Həmçinin zərərçəkmişin hüquqi varisi Kamran Nəbiyev apellyasiya şikayəti verərək, B.Qarayevə bəraət verilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə B.Qarayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun cəzası 7 ilə endirilib.

Son xəbərlər

Orphus sistemi