Prokuror müğənni Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror müğənni Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib Məhkəmənin növbəti prosesi oktyabrın 4-nə təyin edilib
Hadisə
28 Sentyabr , 2016 09:53
Prokuror müğənni Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prosesdə dövlət ittihamçısı çıxış edib və Y.Mirzəyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü H.Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu aşkarlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Mirzəyev həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Son xəbərlər

Orphus sistemi