Prokuror "Nənəmin təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən dünya çempionuna cəza istəyib

Prokuror "Nənəmin təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən dünya çempionuna cəza istəyib Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nənəmin təndiri restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
23 May , 2018 15:24
Prokuror Nənəmin təndirinin yaxınlığında atışmada təqsirləndirilən dünya çempionuna cəza istəyib
Report
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nənəmin təndiri" restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Xəyyam Səlimxanovun 7 il, Murad Həsrətovun 7 il, Tunar Nağızadənin 7 il, Emin Əliyevin 6 il, İlham Ramazanovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranının yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Daha sonra X.Səfixanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) 234-cü (narkotik) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, Xəyyam Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi