Prokuror “Məhsul" stadionunu "satan" vəzifəli şəxslərə iş istəyib

Prokuror “Məhsul" stadionunu "satan" vəzifəli şəxslərə iş istəyib “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun dir
Hadisə
27 May , 2024 15:38
Prokuror “Məhsul stadionunu satan vəzifəli şəxslərə iş istəyib

“Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onların vəkilləri çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi iyunun 3-nə təyin edilib.

Təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi