Prokuror dönər restoranında iki nəfəri bıçaqlayan şəxsə cəza istəyib
- 16 mart, 2018
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq etməkdə təqsirləndirilən Saleh Şahverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.
İttiham aktına əsasən, S.Şahverdiyev 2017-ci il oktyabrın 10-da, sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər" restoranına gəlib. O, burada özü ilə gətirdiyi spirtli içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev S.Şahverdiyevə orada spritli içki içməyin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. Daha sonra S.Şahverdiyev konyak şüşəsini F.Ağayevin boyun nahiyəsinə vuraraq ona zərbə endirib.
Restorandan çıxarılan S.Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə yetib və hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. S.Şahverdiyev A.Alıyevi də bıçaqlayıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən S.Şahverdiyev özünü təqsirli bilmədiyini deyib.