Polis Qubada əməliyyat keçirib, saxlanılanlar var

Polis Qubada əməliyyat keçirib, saxlanılanlar var “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Hadisə
21 Avqust , 2021 12:21
Polis Qubada əməliyyat keçirib, saxlanılanlar var

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi