İdmançı Kamil Zeynallı həbs edilib - YENİLƏNİB

İdmançı Kamil Zeynallı həbs edilib - YENİLƏNİB Nərimanov Rayon Məhkəməsində idmançı Kamil Zeynallının həbs olunması barədə qərar çıxarılıb.
Hadisə
12 Mart , 2019 14:49
İdmançı Kamil Zeynallı həbs edilib - YENİLƏNİB

Nərimanov Rayon Məhkəməsində idmançı Kamil Zeynallının həbs olunması barədə qərar çıxarılıb.

"Report" xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ona 10 sutka həbs verilib.

Qərarda göstərilib ki, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.


*** 12:14

Polis idmançı Kamil Zeynallını saxlayıb.

“Report”un əldə etdiyi məlumata görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi