"Meyvəli" bazarının qarşısında piyadanı vuran avtobus sürücüsünün ibtidai istintaqı başa çatıb

"Meyvəli" bazarının qarşısında piyadanı vuran avtobus sürücüsünün ibtidai istintaqı başa çatıb Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərhad Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
7 Yanvar , 2019 10:34
Meyvəli bazarının qarşısında piyadanı vuran avtobus sürücüsünün ibtidai istintaqı başa çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərhad Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Teymur Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il Qaradağ rayonu ərazisində baş verib. Belə ki, həmin ərazinin Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

Nəticədə 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi