Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - FOTO - YENİLƏNİB-2

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb - FOTO - YENİLƏNİB-2 Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.
Hadisə
19 İyul , 2019 10:38

Pirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6-sı ətrafdakıların köməyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.  

Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur. Evin tək oğlu olan S.Abbasov bu il orta məktəbi bitirib. 



*** 09:54

Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb. 

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.  

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb. 

Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir. 


*** 00:58

Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir. Onlardan biri evin tək oğludur.

Son xəbərlər

Orphus sistemi