Peterburqda azərbaycanlıdan 25 kq həşiş götürülüb

Peterburqda azərbaycanlıdan 25 kq həşiş götürülüb Saxlanılan şəxsin sözlərinə görə, o, ərzaq mağazasının direktorudur
Hadisə
11 Mart , 2015 12:52
Peterburqda azərbaycanlıdan 25 kq həşiş götürülüb

Bakı. 11 mart. REPORT.AZ/ Peterburq və Leninqrad vilayəti hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz dövriyyədən 25 kq həşiş çıxarıblar. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. 

Operativ məlumata görə, topdansatış ticarətilə məşğul olan cinayətkar qrup Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti ərazisində həşiş, amfetamin və kokain yayıb. 

Əslən Azərbaycandan olan cinayətkar qrupun tərkibinə daxil olan iştirakçının evində aparılan axtarış  zamanı oradan 25 kq həşiş, eləcə də təxminən 80 q kokain, tərəzi və narkotik maddələrin qablaşdırılması üçün materiallar aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin sözlərinə görə, o, ərzaq mağazasının direktorudur.

Faktla bağlı cinayət işi başlanıb. Qrupun 2 iştirakçısı həbs olunub, biri barəsində ölkəni tərk etməmək haqqında qərar verilib. 

Son xəbərlər

Orphus sistemi