Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb

Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb Çoxlu qan itirən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
13 Oktyabr , 2017 01:36
Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb
Courtesy İmage

Bakı. 13 oktyabr. REPORT.AZ/ Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində şəxsiyyəti hələlik məlum olmayan təqribən 30 yaşlı kişi bıçaqlanıb.

Şahidlərin dediyinə görə, çoxlu qan itirən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi