​Paytaxtda yol qəzası baş verib, xəsarət alanlar var

​Paytaxtda yol qəzası baş verib, xəsarət alanlar var Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Hadisə
23 İyul , 2016 00:54
​Paytaxtda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. 23 iyul. REPORT.AZ/ Paytaxtın Nizami rayonu ərazisində yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, Qara Qarayev prospekti ilə hərəkət edən "Daewoo" markalı avtomobil qarşı tərəfdən gələn 12 saylı marşrut avtobusu ilə toqquşub. 

Hadisə nəticəsində 3 nəfər - minik avtomobilinin sürücüsü və sərnişin, həmçinin yol kənarında olan bir piyada xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi