Yuxarı

Paytaxtda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlilabad rayon sakini Toğrul Əskərov saxlanılıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BCMİ) əməkdaşları onun paytaxtda kirayə yaşadığı mənzilə baxış keçirərkən ümumi çəkisi 3,5 kq olan tiryək aşkar edərək götürüb. 

T.Əskərov istintaqa verdiyi ilkin ifadəsi zamanı tiryəki 12 500 manata satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib. 

Faktla bağlı İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi