Bakı. 21 Fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda yaşayış binasının liftində 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in xilasediciləri hadisə yerinə cəlb olunub. Onlar liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.