Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə
Hadisə
11 Yanvar , 2022 15:53
Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi