Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunan 16 nəfər 18 yaşdan aşağı yeniyetmələrdir.
“Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, ötən il qeyd edilən yaş qrupu üzrə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı 2022-ci illə müqayisədə 3 nəfər çoxdur.
Hesabatda, həmçinin qeyd olunub ki, 2023-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən 8 532 nəfəri kişi, 245 nəfəri isə qadınlar olub.
Bundan başqa, narkotik vasitə istifadəçilərindən 13 nəfəri 15-17 yaş aralığında yeniyetmələrdir.