Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə
  • 14 iyun, 2023
  • 05:28
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iyunun 13-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.