Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb Daxili işlər orqanları ötən gün törədilən 29 cinayətin üstünü “isti izlər”lə açıb.
Hadisə
29 Avqust , 2019 11:06
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Daxili işlər orqanları ötən gün törədilən 29 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi