Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Hadisə
  • 18 iyul, 2023
  • 05:51
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 2 nəfər ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.